Rüstəm Orucov Avropa çempionatını koronavirusa yoluxduğu üçün buraxır

Rüstəm Orucov Avropa çempionatını koronavirusa yoluxduğu üçün buraxır Avropa çempionatı 16-18 apreldə olacaq
Fərdi
6 Aprel , 2021 13:22
Rüstəm Orucov Avropa çempionatını koronavirusa yoluxduğu üçün buraxır
Rüstəm Orucov

Azərbaycanın titullu cüdoçusu Rüstəm Orucov Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

Bu barədə "Report"a 30 yaşlı idmançının özü məlumat verib.

73 kq çəki dərəcəsində çıxış edən cüdoçu koronavirusa yoluxduğu üçün yarışa yollanmayacağını bildirib. Orucov xəstəliyi bir az ağır keçirdiyini, hazırda özünü yaxşı hiss etdiyini və müalicə olunduğunu vurğulayıb.

Azərbaycanı Avropa çempionatında 10 idmançı təmsil edəcək. Kişilərin mübarizəsində 9, qadınların yarışında isə 1 cüdoçu qüvvəsini sınayacaq. Lissabona Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yollanacaq.

Qeyd edək ki, Avropa çempionatı 16 - 18 apreldə olacaq.

Son xəbərlər

Orphus sistemi