Rüstəm Orucov: "Erməni cüdoçunu mütləq udmalı idim" - MÜSAHİBƏ

Rüstəm Orucov: "Erməni cüdoçunu mütləq udmalı idim" - MÜSAHİBƏ "Növbəti oyunda uduzsam da, olardı"
Fərdi
27 Fevral , 2018 16:18
Rüstəm Orucov: Erməni cüdoçunu mütləq udmalı idim - MÜSAHİBƏ
Report

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə Avropa çempionu, dünya çempionatı və Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucovun "Report"a müsahibəsi...

- Almaniyanın Düsseldorf şəhərindəki "Böyük Dəbilqə" turnirində qazandığınız gümüş medalı özünüz üçün uğurlu nəticə hesab edirsiniz?

- Yarışa gedəndə qızıl medalı hədəfləyirdim. Hər bir idmançı qızıl medal barədə fikirləşir. Amma ikinci yer də pis nəticə deyil. Finalda yaponiyalı olimpiya və 4 qat dünya çempionu Şohey Ono ilə qarşılaşdım. Onunla 3 dəfə güləşmişəm və hamısında məğlub olmuşam. Bu turnirdə isə az qalmışdı ki, onu məğlub edim. Bir-birimizi çox yaxşı tanıyırıq. Əsas məqsədimiz dünya çempionatıdır. Bu yarışlara çox da önəm vermirik. Biz indi yarışlara yox, yalnız məşqlərə üstünlük veririk. Düsseldorfa gedəndə komanda formada deyildi. Bakıda təlim-məşq toplanışı keçdik. Daha sonra Fransada olduq. Bizə dedilər ki, yarışa gedin və özünüzü yoxlayın. Amma komanda yorğun idi. Ona görə də belə nəticə oldu.

- Medal sayının az - bir gümüş, bir bürünc olması bununla bağlıdır?

- Əsas hədəfimiz dünya çempionatında uğur əldə etməkdir. Bu yarışlar elə də önəmli deyil.

- Yaponiyalı olimpiya və 4 qat dünya çempionu Şohey Onoya təcrübədə, yoxsa fiziki cəhətdən uduzdunuz?

- İdmandır hər şey olur. Başabaş mübarizə gedirdi. Səhv etdim və riskə getdim. O da mənim səhvimdən istifadə edərək təmiz qələbə qazandı.

- "Böyük Dəbilqə"nin 1/4 finalında eməni cüdoçu Ferdinand Karapetyanla qarşılaşmanız maraqla gözlənilirdi. Çətinlik yaşamadınız?

- O, güclü idmançı idi və sonda bürünc medal qazandı. Ona qarşı görüşə ikiqat məsuliyyətlə çıxdım. Fikirləşdim ki, mütləq qələbə qazanmalıyam. Bəzən deyirlər ki, idmandır, uduzmaq olar. Mən belə fikirləşmirəm. Onu mütləq udmalı idim. Növbəti oyunda uduzsam da, olardı. Sevinirəm ki, onu məğlub etdim.

Son xəbərlər

Orphus sistemi