Rüstəm Orucov dünya çempionatını gümüş medalla başa vurub

Rüstəm Orucov dünya çempionatını gümüş medalla başa vurub Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Fərdi
27 Avqust , 2019 16:11
Rüstəm Orucov dünya çempionatını gümüş medalla başa vurub

Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yaponiyalı Ono Syoxeylə qarşılaşıb və rəqibinə ipponla uduzub.

Bir neçə dəqiqə əvvəl eyni çəkidə çıxış edən Hidayət Heydərov bürünc medal qazanıb.

Qeyd edək ki, ilk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər. Bu gün isə İçinxorloo Munxtsedev (57 kq) fəxri kürsüyə yüksəlməyi bacarmayıb.

Son xəbərlər

Orphus sistemi