Ruslan Lunyov: "İslamiadada qızıl medal qazanacağıma inanıram"

Ruslan Lunyov: "İslamiadada qızıl medal qazanacağıma inanıram" Gənclər və İdman Nazirliyində Dünya Kubokunun bürünc mükafatçısı ilə görüş keçirilib
Fərdi
6 Mart , 2017 15:57
Ruslan Lunyov: İslamiadada qızıl medal qazanacağıma inanıram
Report.az

Bakı. 6 mart. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə Dünya Kubokunda bürünc medal qazanmış Ruslan Lunyovla görüş keçirib.

"Report"un məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, idmançının anası və şəxsi məşqçisi, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti İradə Aşumova iştirak edib. 

F.Mansurov bildirib ki, Azərbaycan idmançısının bürünc medal qazanması çox yaxşı nəticədir. O, R.Lunyovu bu nailiyyəti münasibətilə təbrik edərək, fikirlərini bölüşüb: “Təbrik edirəm. Bu, möhtəşəm nəticədir. Atıcılıq ölkəmizdə ənənəsi olan idman növüdür. Zemfira Meftahəddinova və İradə Aşumova kimi olimpiya çempionu, mükafatçılarımız var. Ancaq uzun müddət bu növ üzrə qazanılan medallar sarıdan müəyyən interval yaranmışdı. Hamı yaxşı nəticə gözləyirdi. Nəhayət, Hindistanda keçirilmiş Dünya Kubokunda Ruslan Lunyov bürünc medal qazandı. İnanırıq ki, uğurların davamı gələcək”.

R.Lunyov Dünya Kubokunda bürünc medal qazanmağı özü üçün sürpriz nəticə kimi dəyərləndirib. O, IV İslam Həmrəyliyi Oyunlarında daha yaxşı nəticə əldə edəcəyinə inam ifadə edib: “Əsas rəqiblərim Çin idmançıları idi. İlk iki pilləni onlar tutdular. Finala vəsiqə qazandım. Bürünc medal əldə etməyim mənim üçün sürpriz oldu. Lakin bunun üçün səy göstərir. intensiv məşq edirdim. Qarşıda İslam Həmrəyliyi Oyunları var. Bu, əsas yarışdır. Həmçinin, dünya və Avropa çempionatları olacaq. İslamiadada bir neçə növdə yarışacağam. İnanıram ki, qızıl medal qazanacağam”.

Qeyd edək ki, Ruslan Lunyov Dünya Kubokunda 25 metr məsafəyə atəşaçma yarışında bürünc medal qazanıb. O, təsnifat mərhələsində 579, finalda isə 23 xal toplayaraq bu uğura nail olub.

Son xəbərlər

Orphus sistemi