ABŞ-da keçirilən dünya çempionatı zamanı Rusiyanın yeni himnini köhnəsi ilə qarışdırıblar

ABŞ-da keçirilən dünya çempionatı zamanı Rusiyanın yeni himnini köhnəsi ilə qarışdırıblar Qısa fasilədən sonra yanlışlıq aradan qaldırılıb
Fərdi
8 Sentyabr , 2015 17:45
ABŞ-da keçirilən dünya çempionatı zamanı Rusiyanın yeni himnini köhnəsi ilə qarışdırıblar

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında Rusiyanın dövlət himni qarışdırılıb. "Report"un məlumatına görə, olay 75 kq çəki dərəcəsində kürsünün ən yüksək pilləsinə rusiyalı Roman Vlasovun şərəfinə himn səsləndirilərkən baş verib. 

Təşkilatçılar Mixail Qlinkanın bəstələdiyi Rusiyanın köhnə himnini səsləndiriblər. İdmançı isə buna etirazını bildirib. Qısa fasilədən sonra yanlışlıq aradan qaldırılıb və Rusiyanın müasir himni səsləndirilib. 

Qeyd edək ki, dünya çempionatı sentyabrın 12-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi