Rusiyanın dünya çempionunu qətlə yetirən ermənilər azadlıqdan məhrum edilib  

Rusiyanın dünya çempionunu qətlə yetirən ermənilər azadlıqdan məhrum edilib   Moskvanın Çeremuşkin Məhkəməsi Rusiyanın tay boksu üzrə dünya çempionu Aşot Bolyanın qatilləri ilə bağlı hökm çıxarıb.
Fərdi
28 İyul , 2021 01:57
Rusiyanın dünya çempionunu qətlə yetirən ermənilər azadlıqdan məhrum edilib  

Moskvanın Çeremuşkin Məhkəməsi Rusiyanın tay boksu üzrə dünya çempionu Aşot Bolyanın qatilləri barədə hökm çıxarıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Məhkəmənin hökmünə əsasən, qətldə iştirakı olan üç nəfər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər. Sui-qəsdin təşkilatçısı Aşak Balaqozyan 10 il müddətinə azadlıqdan məhrum edilib, onunla əlbir olmuş Andrey Borisenko və Andronik Sirakanyan müvafiq olaraq 11 və 8 il həbs cəzası alıblar.

Məhkəmə müəyyən edib ki, Balaqozyan 2019-cu ilin sentyabrında boksçunun qətli ilə bağlı sifariş alıb. O, cinayətin törədilməsinə tanışları Sirakanyanı və Borisenkonu cəlb edib. Onlar idmançının gün qaydasını və hərəkət marşrutlarını öyrəniblər. Cinayətkarlar 13 noyabr 2019-cu ildə Naximov prospektində boksçunu evinin yanında gözləyiblər və Aşot Bolyan evinə gələndə onu güllələyiblər.

Qətldən sonra Bolyanın “qanuni” oğru Andranik Arutunyanın qətlinin təşkili üçün qisas olması ilə bağlı versiya ortaya çıxıb.

Aşot Bolyan tay boksu üzrə həvəskar və peşəkar döyüşlərdə iştirakı ilə məşhur olub. O, üç dəfə həvəskarlar arasında WPKA versiyası üzrə dünya çempionu titulunu qazanıb. Bundan başqa, IPMTF versiyası üzrə Asiya Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi