Yuxarı

​Rusiyanı təmsil edən erməni atlet 4 illik diskvalifikasiya olunub

İdmançı idmanda qadağan olunmuş preparatdan istifadə edib

Bakı. 28 yanvar. REPORT.AZ/ Rusiyalı ağırlıqqaldıran Artyom Qriqoryan 4 il müddətinə yarışlardan diskvalifikasiya olunub. "Report"un məlumatına görə, buna səbəb idmançının antidopinq qaydalarına əməl etməməsidir.

O, idmanda istifadəsi qadağan olunmuş dihidroxlormetiltestosteron preparatından istifadə edib.

A.Qriqoryan 2019-cu ilin iyunun 16-na qədər ağırlıqqaldırma üzrə heç bir yarışda iştirak edə bilməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi