Rusiyalı velosipedçi Azərbaycan vətəndaşlığını qəbul edib

Rusiyalı velosipedçi Azərbaycan vətəndaşlığını qəbul edib Kirill Pozdnyakov “Synergy Baku” komandasında çıxış edir
Fərdi
14 Yanvar , 2017 18:41
Rusiyalı velosipedçi Azərbaycan vətəndaşlığını qəbul edib

Bakı. 14 yanvar. REPORT.AZ/ “Synergy Baku” komandasında çıxış edən rusiyalı velosipedçi Kirill Pozdnyakov Azərbaycan vətəndaşlığını qəbul edib.

“Report” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

"Biz, tezliklə 2017-ci il mövsümü üçün tam heyətimizi elan edəcəyik, lakin bizim bir böyük xəbərimiz var: Kirill Pozdnyakov komandada qalacaq və Azərbaycan vətəndaşlığını qəbul edib", - deyə məlumatda bildirilir.

Pozdnyakovun 27 yaşı var. O, “Synergy Baku”da karyerasına 2013-cü ildə başlayıb, 2014-2015-ci illərdə "Rusvelo" komandasının şərəfini qoruyub. 2016-cı ildə Azərbaycan komandasına qayıdıb.

Son xəbərlər

Orphus sistemi