Yuxarı

Rusiyalı tennisçi Mariya Şarapovanın cəza müddəti azaldılıb

Bu barədə İdman Arbitraj Məhkəməsi qərar çıxarıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiyalı tennisçi Mariya Şarapovanın diskvalifikasiya müddəti 15 ayadək qısaldılıb. 

"Report"un məlumatına görə, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb. 

Beləliklə, M.Şarapova korta 26 aprel 2017-ci ildən qayıda bilər. O, 26 yanvar 2016-cı ildə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə cəzalandırılmışdı. Məşhur tennisçi meldoniumdan istifadədə günahlandırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi