Olimpiya çempionu koronavirusa yoluxmasını təkzib etdi - YENİLƏNİB

Olimpiya çempionu koronavirusa yoluxmasını təkzib etdi - YENİLƏNİB Rusiyalı boksçu Yevgeni Tişenko koronavirusa yoluxması ilə bağlı yayılan xəbəri təkzib edib.
Fərdi
12 May , 2020 14:52
Olimpiya çempionu koronavirusa yoluxmasını təkzib etdi - YENİLƏNİB
0 : 00
0 : 00

Rusiyalı boksçu Yevgeni Tişenko koronavirusa yoluxması ilə bağlı yayılan xəbəri təkzib edib.

"Report"un məlumatına görə, 29 yaşlı olimpiya çempionu TASS-a açıqlamasında virus testinin nəticəsinin mənfi çıxdığını bildirib.

Təcrübəli idmançı deyib ki, ondan aprelin 30-da analiz götürülüb: "Bunu kimin yazdığını bilmirəm. Testdən keçdim və nəticə mənfi oldu. Bir sözlə, yazılanlar həqiqət deyil".


***10:55

Rusiyalı boksçu Yevgeni Tişenko koronavirusa yoluxub. 

"Report" "Mash"a istinadən xəbər verir ki, 29 yaşlı idmançının testi müsbət nəticə verib. 

O, hazırda evində karantindədir. 

Qeyd edək ki, dünya və Avropa çempionu olan Yevgeni Tişenko Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi