Rusiyadakı olimpiada ləğv olunub

Fərdi
  • 04 mart, 2022
  • 09:42
Rusiyadakı olimpiada ləğv olunub

2023-cü ildə Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılan Xüsusi Olimpiya Oyunları ləğv edilib.

"Report" yarışın Təşkilat Komitəsinə istinadən xəbər verir ki, qərar Ukraynadakı vəziyyətlə əlaqədar qəbul olunub.

Turnir gələn il 21 - 27 yanvara nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Xüsusi Olimpiya Oyunları dörd ildən bir qış və yay idman növləri üzrə keçirilir. İlk Oyunlar 1968-ci ildə ABŞ-ın Çikaqo şəhərində gerçəkləşib. Yarışda əqli qüsurlu şəxslərin iştirakına icazə verilir.

44 filmi