Daha bir yarış azarkeşlərlə keçiriləcək

Daha bir yarış azarkeşlərlə keçiriləcək İddiaçılar Turniri aprelin 19-da qaldığı yerdən davam edəcək
Fərdi
105
13 Aprel , 2021 14:01
Daha bir yarış azarkeşlərlə keçiriləcək

Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin yeni qaydaları açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyanın (FIDE) prezidenti Arkadi Dvorkoviç mətbuat konfransında bildirib.

FIDE rəsmisinin sözlərinə görə, yarış tamaşaçıların iştirakı ilə olacaq: "Azarkeşlərin turnirə tibbi maska taxmaq və məsafəni qorumaq kimi bəzi təhlükəsizlik tədbirləri altında buraxılmasına qərar verdik. Tamaşaçılar ya peyvənd olunmalı, ya da koronavirus infeksiyası üçün mənfi test nəticəsi təqdim etməlidirlər".

Dvorkoviç deyib ki, turnir vaxtı maska taxmaq oyunçular üçün vacib deyil: "Yarışın başlamasından 72 saat əvvəl iştirakçılar testdən keçiriləcək".

Qeyd edək ki, İddiaçılar Turniri aprelin 19-da qaldığı yerdən davam edəcək. 2019-cu ildə Dünya Kubokunun qalibi olan Teymur Rəcəbov koronavirusun yayılması səbəbindən bu turnirdən imtina etmişdi.

Rusiyanın Yekaterinburq şəhərindəki turnir 2020-ci martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. 8 qrossmeysterin qatıldığı turnirin VIII turdan davam etdiriləcəyi açıqlanıb. 7 turdan sonra fransalı Maksim Vaşye-Laqrav və rusiyalı Yan Nepomnyaşi hərəyə 4 xalla ilk 2 pilləni bölüşür.

Son xəbərlər

Orphus sistemi