Yuxarı

Rusiyada karate və sambo məşqçiləri arasında silahlı münaqişə baş verib

Hər iki məşqçi xəstəxanaya yerləşdirilib

Bakı. 16 mart. REPORT.AZ/ Rusiyanın Xabarovsk vilayətində karate və sambo məşqçiləri arasında dava düşüb. "Report"un Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə şəxsi münaqişə zəminində baş verib.

32 yaşlı karate məşqçisi travmatik tapança ilə özündən 4 yaş kiçik sambo məşqçisini yaralayıb. Atəş açana başqa yerə getməməklə bağlı dilindən iltizam alınıb. Samboçu xəstəxananın reanimasiya, karateçi travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı "Sağlamlığa qəsdən ağır zərər yetirmə" maddəsi ilə cinayət işi qaldırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi