Rusiya yüngül atletika yığması baş məşqçisiz qalıb
Fərdi
- 24 yanvar, 2015
- 07:40
Bakı. 24 yanvar. REPORT.AZ/ Rusiyanın yüngül atletika üzrə yığma komandasının baş məşqçisi Valentin Maslakov tutduğu postdan istefa verib. "Report"un məlumatına görə, bu barədə Rusiya Atletika Federasiyasının prezidenti Valentin Balaxniçev yerli mətbuata bildirib.
Baş məşqçinin istefasını doğru addım hesab edən federasiya rəsmisi ona təşəkkür edib: "Rusiya milli komandası ilə bağlı ədalətli, düzgün qərar verdiyi üçün ona təşəkkür edirik. Mövzu ilə bağlı onunla uzun söhbətimiz oldu. O, düzgün qərar qəbul etdi".
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Rusiya Antidopinq Agentliyi (RUSADA) 5 yerli atleti yarışlardan kənarlaşdırıb. Onlardan 4-ü müxtəlif müddətə, 1-i isə ömürlük diskvalifikasiyaya məruz qalıb.
Son xəbərlər
14:38
Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
Sənaye14:36
Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
Sənaye14:34
Zakir İbrahimov: "Hədəfimiz dağ-mədən sənayesində dəyər zəncirini xeyli dərəcədə genişləndirməkdir"
Sənaye14:32
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
Biznes14:31
Polşada məktəbdə və məsciddə terror aktları hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb
Digər ölkələr14:31
"AzerGold": "Azerbaijan International Mining Company Limited" şirkətinin hasilatı 7 dəfə artıb
Sənaye14:31
Başqırdıstanda ticarət mərkəzində yanğın nəticəsində 3 nəfər ölüb
Digər ölkələr14:30
Azərbaycanda yeni ilkin alüminium müəssisəsi yaradıla bilər
Sənaye14:28