Rusiya FHN Olimpiya Komitəsinin binasındakı yanğınla bağlı xəbərləri təkzib edib - YENİLƏNİB

Rusiya FHN Olimpiya Komitəsinin binasındakı yanğınla bağlı xəbərləri təkzib edib - YENİLƏNİB FHN: "Yoxlamalar başa çatıb, alovlanma ocaqları müəyyən edilməyib"
Fərdi
8 Sentyabr , 2016 16:37
Rusiya FHN Olimpiya Komitəsinin binasındakı yanğınla bağlı xəbərləri təkzib edib - YENİLƏNİB

Bakı. 8 sentyabr. REPORT.AZ/ Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Olimpiya Komitəsi binasında yanğının baş verməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Yoxlamalar başa çatıb, alovlanma ocaqları müəyyən edilməyib", - FHN-dən bildirilib.

***15:40

Bakı. 8 sentyabr. REPORT.AZ/ Rusiya Olimpiya Komitəsinin binasında yanğın baş verib. 

"Report"un "gazeta.ru"ya istinadən verdiyi məlumata görə, yanğın zamanı binadakılar təxliyə olunublar.

Rusiya Həndbol Federasiyasının inkişaf üzrə direktoru Yevgeniy Selemyonov hadisə anını belə təsvir edib: "Birdən həyacan siqnalı çalındı və biz binanı tərk etdik. Bu, yüz faiz təlim həyacanı deyildi. Əməkdaşımızdan biri liftdə qalmışdı. İndi onunla əlaqə saxladıq, hələ də çıxa bilməyib".

İndiyədək xəsarət alanlar barədə heç bir məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi