Rusiya millisi Ukraynadakı Avropa çempionatına getmək istəmir

Rusiya millisi Ukraynadakı Avropa çempionatına getmək istəmir Bədii gimnastika üzrə Rusiya millisinin Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında iştirak üçün müraciət etməməsinin səbəbi məlum olub.
Fərdi
442
28 Avqust , 2020 17:36
Rusiya millisi Ukraynadakı Avropa çempionatına getmək istəmir
0 : 00
0 : 00

Bədii gimnastika üzrə Rusiya millisinin Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında iştirak üçün müraciət etməməsinin səbəbi məlum olub.

"Report" xəbər verir ki, Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina-Vine Usmanova TASS-a açıqlamasında təşkilatçıların irəli sürdüyü şərtlərin qəbuledilməzliyi ilə əlaqədar bu addımı atdıqlarını bildirib.

O bildirib ki, Kiyevdə iki həftə təcrid vəziyyətində qalmaq mümkün deyil: "Buna görə Avropa çempionatında iştirak üçün müraciət etmədik. Digər tərəfdən, çempionatın keçirilmə məsələsinə dair qərar yalnız sentyabrın sonunda veriləcək. Bəli, müraciətlər olub, lakin rəsmi qərar daha sonra veriləcək. Avropa çempionatının olub-olmaması barədə qərar yoxdursa, biz orada necə iştirak edə və ya etməyə bilərik"?

Federasiya rəsmisi indiki halda turnirdə iştirak üçün müraciət etməyin qeyri-ciddi olduğunu söyləyib: "Avropa çempionatı baş tutsa, mövqeyimiz dəyişəcəkmi? Bu artıq ikinci məsələdir. İndi müraciət etsəydik, otel üçün pul ödəməli idik. Bu isə geri qayıtmayan vəsaitdir. Pulları riskə atmaqda məna görmürəm. Bundan əlavə, Kiyevdə çıxış etməyə qərar versək belə, Rusiyanın Ukrayna ilə birbaşa əlaqəsi yoxdur. Təyyarələr uçmur, buna görə də fərqli yol tapmalı idik".

Qeyd edək ki,  27 - 29 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan Avropa çempionatı ilə bağlı yekun qərar sentyabrın 28-də veriləcək. Azərbaycan millisi yarışda 13 gimnastla təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi