Bakı.6 may.REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev “Böyük Dəbilqə” turnirinin keçiriləcəyi Heydər Əliyev adına İdman Sarayında görülən hazırlıq işləri ilə tanış olmaq üçün arenaya baxış keçirib.
"Report" xəbər verir ki, Federasyanın vitse-prezidenti Sadıq Sadıqov həyata keçirilmiş işlərlə bağlı qurum rəhbərinə məlumat verib.
R.Abdullayev idman arenasının turnirə yüksək səviyyədə hazırlanmasından məmnunluğunu bildirib və müəyyən tapşırıqlar verib.
Turnirin keçiriləcəyi idman sarayında sürətlə davam etdirilən hazırlıq işləri artıq yekunlaşmaq üzrədir.
Mayın 6-8-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri keçiriləcək. Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq mötəbər yarışda 82 ölkədən 519 cüdoçu qüvvəsini sınayacaq.