Rio-2016: Bir neçə boks döyüşünün nəticəsi manipulyasiya edilib

Rio-2016: Bir neçə boks döyüşünün nəticəsi manipulyasiya edilib "Hər hansı manipulyasiyada iştirakda təqsirli bilinən şəxslərə qarşı mümkün tədbirlər barədə vəkillə məsləhətləşəcəyik"
Fərdi
30 Sentyabr , 2021 17:54
Rio-2016: Bir neçə boks döyüşünün nəticəsi manipulyasiya edilib

Riçard Maklarenin rəhbərlik etdiyi müstəqil komissiyanın araşdırması 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında boks hakimlərinin bəzi görüşlərin nəticələrini müanipulyasiya etməsini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyasının (AIBA) prezidenti Umar Kremlyov qurumun rəsmi saytına açıqlamasında deyib.

O, boksçular üçün ədaləti təmin etməkdə qərarlı olduğunu bildirib: "Bu qətiyyət AIBA-nın həqiqəti ortaya çıxarma öhdəliyi ilə sübut olunur. İndi hesabatı diqqətlə öyrənməli və ədalətin öz yerini tapması üçün hansı addımların atılmalı olduğuna baxmalıyıq. Hər hansı manipulyasiyada iştirakda təqsirli bilinən şəxslərə qarşı mümkün tədbirlər barədə vəkillə məsləhətləşəcəyik".

Daha əvvəl "The Guardian" nəşri Rio-2016-da 7-dən 10-dək boks döyüşünün nəticəsinin şübhə altına düşdüyünü yazıb.

Qeyd edək ki, Azərbaycan bokçularından həmin olimpiadada Lorenso Sotomayor (64 kq) gümüş, Kamran Şahsuvarlı (75 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi