Yuxarı

"Rio-2016"ya "London-2012" Yay Olimpiya Oyunlarından az vəsait xərclənəcək

Biz az vəsait sərf edəcəyik

Bakı. 23 sentyabr. REPORT.AZ/ 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına xərclənəcək vəsait "London-2012"dən az olacaq. "Report"un məlumatına görə, bu iddia ilə Braziliya mətbuatı çıxış edib.

Olimpiadanın Təşkilat Komitəsinin direktoru Leonardu Kaetanu bildirib ki, mərasimlər dəbdəbəli olmasa da, orijinal şəkildə həyata keçiriləcək: "Biz az vəsait sərf edəcəyik. İşə yaradıcılıq, ritm və emosia ilə yanaşmaqla bunu kompensasiya edəcəyik".

Tədbirin təşkilində iştirak etmək üçün dəvət olunan yerli kinorejissor Fernando Meyrelleş isə çox pul xərcləmək niyyətində olmadıqlarını deyib: "Möhtəşəm şou təşkil etmək niyyətində deyilik. Çünki bu heç bir əhəmiyyət kəsb etmir və dövlətin büdcə ilə bağlı problemləri var".

F.Meyrelleşin sözlərinə görə, bu vəsait 2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya Oyunlarına xərclənəndən 10 dəfə az olacaq. "Globo"nun iddiasına əsasən açılış və bağlanış mərasimlərinə 32 milyon dollar xərclənəcək. "Estadu di San-Paulu" qəzeti isə bu rəqəmin 35 milyon dollar olduğunu yazıb.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi