​Rio-2016: Məmmədəli Mehdiyev monqol cüdoçuya məğlub olaraq mübarizəni dayandırıb

​Rio-2016: Məmmədəli Mehdiyev monqol cüdoçuya məğlub olaraq mübarizəni dayandırıb Mehdiyev olimpiadanı 7-ci pillədə başa vurub
Fərdi
10 Avqust , 2016 23:18
​Rio-2016: Məmmədəli Mehdiyev monqol cüdoçuya məğlub olaraq mübarizəni dayandırıb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Məmmədəli Mehdiyev təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 90 kq. çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi monqolustanlı Otqonbatar Lxaqvasuren olub.

Görüş Lxaqvasurenin üstünlüyü ilə keçib. Qarşılaşmanın əvvəlində yuko xalı alan monqolustanlı cüdoçu sonradan passiv mübarizə səbəbindən ardıcıl iki xəbərdarlıq alıb. Bununla belə, azərbaycanlı cüdoçu hesabda dönüş edə bilməyib.

Beləliklə, Mehdiyev olimpiadanı 7-ci pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi