​Rio-2016 paradı: Küveyt bayraqsız keçib, Argentina fitə basılıb

​Rio-2016 paradı: Küveyt bayraqsız keçib, Argentina fitə basılıb Avstraliyalıların formalarında bütün olimpiya çempionlarının adları yazılıb
Fərdi
124
6 Avqust , 2016 05:36
​Rio-2016 paradı: Küveyt bayraqsız keçib, Argentina fitə basılıb

Bakı. 6 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının açılış mərasimində baş tutan atletlərin paradı zamanı Olimpiadadan kənarlaşdırılmış Küveyt dövlətinin idmançıları azarkeşlər önündən Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında keçiblər.

"Report" xəbər verir ki, həmçinin parad zamanı Argentina nümayəndə heyəti isə fitə basılıb.

Avstraliyalı idmançıların formalarında isə ölkənin bütün olimpiya çempionlarının adları yazılıb.

Yunanıstanın bayraqdarı ölkə tarixində ilk dəfə qadın olub. Ellada bayrağını daşıma şərəfinə Sofiya Bekatoru layiq görülüb. O, 2004-cü il Afina Yay Olimpiya Oyunlarında Emiliya Tsulfa ilə duetdə qızıl, 2008-ci il Pekin Olimpiadasında isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi