Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı bilindi - TƏQVİM

Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı bilindi - TƏQVİM Onlar müvafiq olaraq qara və ağ fiqurlarla mübarizə aparacaqlar
Fərdi
23 Aprel , 2021 09:14
Rəcəbov və Məmmədyarovun Aronyanla görüşlərinin vaxtı bilindi - TƏQVİM
Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov

Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsinin püşkü atılıb.

"Report" xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov "New In Chess" adlı mərhələnin ilk turunda ABŞ təmsilçisi Hikaru Nakamuraya rəqib olub.

Teymur Rəcəbov isə birinci turda Qaveyn Cons (Böyük Britaniya) ilə üz-üzə gələcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla III, Məmmədyarov isə XIII turda qarşılaşacaq. Onlar müvafiq olaraq qara və ağ fiqurlarla mübarizə aparacaqlar. Şahmatçılar XI turda bir-birilərinə rəqib olacaq.

V mərhələdə də 16 şahmatçı olacaq. Yarış İddiaçılar Turniri ilə eyni vaxta düşdüyü üçün siyahıya aparıcı qrossmeysterlərin əvəzinə bir neçə yeni şahmatçı daxil edilib.

Azərbaycan şahmatçılarının bütün görüşlərinin təqvimi belədir:

I tur

Teymur Rəcəbov - Qaveyn Cons (Böyük Britaniya)

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov

II tur

Teymur Rəcəbov - Aryan Tari (Norveç)

Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)

III tur

Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov

Yan Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov

IV tur

Şəhriyar Məmmədyarov - Rameşbabu Praqqnanandha (Hindistan)

Teymur Rəcəbov - Yohan-Sebastyan Kristiansen (Norveç)

V tur

Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov

VI tur

Qaveyn Cons (Böyük Britaniya) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Hikaru Nakamura

VII tur

Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov

Şəhriyar Məmmədyarov - Sergey Karyakin

VIII tur

Le Kuanq Lyem (Vyetnam) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Yan Kşiştof Duda (Polşa)

IX tur

Rameşbabu Praqqnanandha (Hindistan) - Teymur Rəcəbov

Şəhriyar Məmmədyarov - Lenyer Dominges (ABŞ)

X tur

Vidit Qucrati (Hindistan) - Şəhriyar Məmmədyarov

Teymur Rəcəbov - Uesli So (ABŞ)

XI tur

Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov

XII tur

Teymur Rəcəbov - Sergey Karyakin (Rusiya)

Aryan Tari (Norveç) - Şəhriyar Məmmədyarov

XIII tur

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)

Le Kuanq Lyem (Vyetnam) - Teymur Rəcəbov

XIV tur

Teymur Rəcəbov - Lenyer Dominges (ABŞ)

Yohan-Sebastyan Kristiansen - Şəhriyar Məmmədyarov

XV tur

Şəhriyar Məmmədyarov - Maqnus Karlsen (Norveç)

Vidit Qucrati (Hindistan) - Teymur Rəcəbov

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dolları olacaq. Qalib 30 000 dollar qazanacaq.

Qeyd edək ki, aprelin 24-də start götürəcək yarış mayın 2-də başa çatacaq. Qeyd edək ki, püşkə əsasən, ilk 5 tur aprelin 24-də, VI - X turlar aprelin 25-də, XI - XV turlar aprelin 26-da keçiriləcək. İlkin mərhələnin yekununda 8 ən güclü şahmatçı 1/4 finala yüksələcək. Turnirə mayın 2-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi