Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da həlledici mərhələyə start verilib.
"Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 3-cü yer uğrunda görüşdə İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə üz-üzə gəlir.
İlk oyun günündə 4 partiyanın hamısı heç-heçə ilə yekunlaşıb - 2:2. Cavab görüşləri mayın 31-də keçiriləcək.
Finalda Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşır.
Çempionlar Turu, VI mərhələ
The FTX Crypto Cup
30 may
3-cü yer uğrunda, ilk görüşlər
Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (Rusiya) - 2:2 (0,5:0,5; 0,5:0,5; 0,5:0,5; 0,5:0,5)
Qeyd edək ki, turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.