Rauf Məmmədov: "Yazdıqlarım düşünülməmiş sözlərdir"

Rauf Məmmədov: "Yazdıqlarım düşünülməmiş sözlərdir" Azərbaycan milli komandasının üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov sosial şəbəkə səhifəsində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərinə aydınlıq gətirib:
Fərdi
7 Aprel , 2022 17:11
Rauf Məmmədov: Yazdıqlarım düşünülməmiş sözlərdir

"Sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə münasibət bildirərkən deyib.

34 yaşlı qrossmeyster şəxsinə göstərilən diqqət və dəstəyə görə hamıya təşəkkür edib: "Ukraynadakı hadisələr hamıya, o cümlədən mənə də təsir edir. Həyat yoldaşım Natalya Buksa ukraynalıdır və əslən Lvov şəhərindəndir. Hərbi əməliyyatlar başlayan zaman biz Lvov şəhərində yaşayırdıq. Təsəvvür edin, Lvov bombardman ediləndən sonra təxliyə olunmağa məcbur qaldıq. Həyatımda heç vaxt unutmayacağım həyəcanlı anlar yaşadım".

Məmmədovun sözlərinə görə, şahmatçı kimi indiki vəziyyətdə yarışda iştirak etmək, bütün fikrini cəmləmək çətindir: "Feysbukdakı postuma səbəb kimi göstərilən faktlar reallıqda öz təsdiqini tapmadı. Azərbaycan millisində çıxış etmək hər zaman qürurlu olub. Ən çətin vaxtlarda belə yığmanı mübarizədə tək qoymamışam. Azərbaycan millisi ilə üç dəfə Avropa çempionluğunun sevincini yaşamışam. Ailə üzvlərim, yaxınlarım milli komandanın mənim üçün nə qədər önəmli olduğunu başa düşür. Ona görə milli komandada çıxışımı davam etdirəcəyimə, mötəbər yarışlarda Azərbaycan yığmasının şərəfini qoruyacağıma ümidvaram".

Son xəbərlər

Orphus sistemi