Yuxarı

​Rauf Məmmədov: Məğlubiyyətdən sonra heç-heçə yaxşıdır

İstəyirdim, öz oyunumu diqtə edim, lakin alınmadı

Bakı. 22 aprel. REPORT.AZ/ Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirində 5-ci tura yekun vurulub.

"Report" xəbər verir ki, bu turda azərbaycanlı şahmatçı Rauf Məmmədov Maykl Adamsla (İngiltərə) heç-heçə oynayıb.

Məmmədov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:

"Ötən tur məğlub oldum. Məğlubiyyətdən sonra heç-heçə oynamaq yaxşıdır. Maykl Adams çox təcrübəli şahmatçıdır. Uşaqlıqdan onun pərəstişkarı olmuşam, partiyalarına dəfələrlə baxmışam. İstəyirdim, öz oyunumu diqtə edim, lakin alınmadı. İlk dəfə belə yüksək səviyyəli yarışda iştirak etmək mənim üçün çox çətindir. Qələbə qazanmaq asan olmur. Zəif rəqibin olmadığı yarışda dünyanın ən güclüləri oynayır. İl ərzində belə yarışlarda bir-iki dəfə iştirak etsəm böyük təcrübə qazanaram".

İngiltərə şahmatçısı Maykl Adams nəticənin oyuna görə olduğunu söyləyib:

"Görüş heç-heçəyə gedirdi. Maraqlı oyun oldu. Fərqli mübarizə sərgiləməyə çalışdım. Rauf sona qədər çalışsa da, dönüş yarada bilmədi. İstirahət günündə yatmaq istəyirəm. Çox yorulmuşam. Futbol oynamaq barədə düşünmürəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi