​Rauf Məmmədov: "İstərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq"

​Rauf Məmmədov: "İstərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq" "Oyun bərabər səviyyədə davam etdi"
Fərdi
29 May , 2016 05:11
​Rauf Məmmədov: İstərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq

Bakı. 29 may. REPORT.AZ/ "ShamkirChess2016" turnirinin III turunda azərbaycanlı şahmatçı Rauf Məmmədov həmyerlisi Eltac Səfərli heç-heçə başa çatan oyundan sonra fikirlərini bildirib. "Report"un məlumatına görə, R.Məmmədov görüşün sönük keçdiyini deyib.

O, tərəflərin bir-birini yaxşı tanıdığından mübarizənin görünmədiyini söyləyib: "Heç-heçə normal nəticədir. Səfərli fərqli debüt oynasa da, üstünlük əldə etmədi. Belədə oyun bərabər səviyyədə davam etdi".

R.Məmmədov 42-ci Ümumdünya Şahmat Olimpiadası haqda da danışıb: "Şahmat Olimpiadası qrossmeysterlər üçün ən mötəbər və çətin yarışdır. Bir sıra yarışlarda Azərbaycan millisi yaxşı oynasa da medal qazanmayıb. 

Sonuncu Tromsö olimpiadasında belə oldu. Norveçdə keçirilən yarışda uzun müddət lider kimi yarış cədvəlinə başçılıq etdik. Sonda isə Azərbaycan millisi yarışı 5-ci sırada başa vurdu. Bu mənada Bakı Şahmat Olimpiadası bizim üçün ikiqat önəmlidir. Çox istərdik ki, ilk medalımızı doğma şəhərimizdə qazanaq".

Son xəbərlər

Orphus sistemi