Ramil Quliyev: "Paris olimpiadasında medal qazanacağıma söz verirəm"

Ramil Quliyev: "Paris olimpiadasında medal qazanacağıma söz verirəm" "Təəssüflər olsun ki, hamının gözlədiyi nəticəni qazana bilmədim. Amma söz verirəm ki, növbəti il istədiyimizi edəcəyəm. 2022-ci ildə dünya və Avropa çempionatı keçiriləcək".
Fərdi
3 Avqust , 2021 18:18
Ramil Quliyev: Paris olimpiadasında medal qazanacağıma söz verirəm
Ramil Quliyev

"Təəssüflər olsun ki, hamının gözlədiyi nəticəni qazana bilmədim. Amma söz verirəm ki, növbəti il istədiyimizi edəcəyəm. 2022-ci ildə dünya və Avropa çempionatı keçiriləcək".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazana bilməməsi haqqında danışarkən deyib.

200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı 2024-cü ildə Paris olimpiadasında medal qazanacağına söz verib: "Medalın əyyarını tam dəqiq deyə bilməyəcəyəm. Amma 100 faiz ilk "3-lük"də yer alacağam. Qızıl medal əldə etmək üçün isə əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi