Ramil Quliyev və həyat yoldaşı İslamiadada üst-üstə 5 medal qazanıb
Fərdi
- 12 avqust, 2022
- 16:03
Türkiyə yığmasının Azərbaycan əsilli atleti Ramil Quliyev Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
"Report"un Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 32 yaşlı idmançı 4X100 metr məsafəyə estafet qaçışında fərqlənib.
Quliyevin komandası bu məsafəni 38,74 saniyəyə qaçaraq, İslamiada rekordu qırıb.
Təcrübəli atlet qalib olduqdan sonra media önünə Türkiyə və Azərbaycan bayraqları ilə çıxıb.
Qeyd edək ki, Ramil Quliyev həm də 200 metr məsafəyə qaçışda 20,24 saniyə nəticə ilə gümüş medal qazanıb. Onun həyat yoldaşı Yekaterina Quliyev isə 800 metr məsafəyə qaçışda qızıl, 1500 metr məsafəyə və 4X400 metr məsafəyə estafet qaçışında gümüş medal əldə edib.
Son xəbərlər
00:39
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
Region00:10
SEPAH: ABŞ-nin Lark adasına hücumu cavabsız qalmayacaq
Region23:53
"Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
Region23:37
Merts: Biz Almaniyada özümüzü müdafiə etmək iqtidarında olmalıyıq
Digər ölkələr23:25
Çikaqoda bir kişi insan kütləsinə atəş açıb, həlak olan var
Digər ölkələr23:12
Gəncə şəhərində yanğın baş verib
Hadisə22:49
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
Hərbi22:46
Merts Leypsiqdəki PUA insidenti ilə bağlı cavab hazırlandığını bildirib
Digər ölkələr22:34
Video