Ramil Quliyev Brilliant Liqasında gümüş medal qazanıb

Ramil Quliyev Brilliant Liqasında gümüş medal qazanıb Türkiyə milli komandasının əslən azərbaycanlı atleti Ramil Quliyev növbəti medalını qazanıb.
Fərdi
31 May , 2019 02:27
Ramil Quliyev Brilliant Liqasında gümüş medal qazanıb

Türkiyə milli komandasının əslən azərbaycanlı atleti Ramil Quliyev növbəti medalını qazanıb.

"Report"un məlumatına görə, 29 yaşlı idmançı İsveçin paytaxtı Stokholmda keçirilən Brilliant Liqasının üçüncü mərhələsində gümüş medal qazanıb. 

O, 200 metr məsafəyə 20,40 saniyəyə qaçıb. Quliyev ötən il eyni yarışda 19,22 saniyə ilə birinci yeri tutmuşdu.

Qeyd edək ki, Ramil Quliyev Türkiyə yığmasının heyətində 2017-ci ildə dünya, 2018-ci ildə isə Avropa çempionu olub.

Son xəbərlər

Orphus sistemi