Yuxarı

Ramil Quliyev 200 metr məsafəyə qaçışda Türkiyə rekordunu yeniləyib

Əslən azərbaycanlı sprinter bu dəfə finişə 19,88 saniyəyə çatıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Türkiyə millisində çıxış edən əslən azərbaycanlı atlet Ramil Quliyev 200 metr məsafəyə qaçışda özünə aid rekordu yeniləyib. "Report"un Türkiyə Atletika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı sprinter Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Ümumdünya Çağırış turnirində finişə 19,88 saniyəyə çatıb. 

Bununla da R.Quliyev bu yaxınlarda Çinin paytaxtı Pekindəki dünya çempionatı vaxtı əldə etdiyi 20,01 saniyəlik ölkə rekordunu yeniləyib. Bu, həm də siyahının 6-cı, bütün zamanların 34-cü göstəricisi olub. 

Qeyd edək ki, Ramil Quliyev Pekindəki dünya çempionatının finalına yüksələrək 6-cı yeri tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi