Rafiq Hüseynov: "Olimpiadadan sonra həyatım tamamilə dəyişdi"

Rafiq Hüseynov: "Olimpiadadan sonra həyatım tamamilə dəyişdi" "2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatından sonra Tokio-2020 Yay Olimpiya Oyunları barədə düşünməyə başladım".
Fərdi
494
23 Sentyabr , 2021 21:06
Rafiq Hüseynov: Olimpiadadan sonra həyatım tamamilə dəyişdi
Rafiq Hüseynov

"2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatından sonra Tokio-2020 Yay Olimpiya Oyunları barədə düşünməyə başladım".

"Report"un məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

Tokio olimpiadasının bürünc mükafatçısı bildirib ki, Yaponiya paytaxtında 87 kq çəki dərəcəsində güləşmək istəsə də, Azərbaycanm Güləş Federasiyası ona 77 kq-da mübarizə aparmağı təklif edib: "2020-ci ilin sentyabrında çəkim 90 kq-dan çox idi. Olimimpiadada 87 kq-da çıxış edəcəyimi düşünürdüm. Lakin federasiyanın təklifindən sonra düşündüm ki, artıq çəkini ata bilərəm. Peşəkar dietoloqların köməyinə müraciət etdim, düzgün arıqladım və 77 kq çəki dərəcəsində Azərbaycanı olimpiadada təmsil etdim".

33 yaşlı idmançı Tokiodakı yarışdan sonra həyatının tamamilə dəyişdiyini söyləyib: "Bunadək məni hər 10 nəfərdən 2-si tanıyırdısa, artıq bu say 5-6 nəfərdir. Bundan başqa, cənab Prezident İlham Əliyev məni mükafatlandırdı və "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi".

Hüseynovun sözlərinə görə, Osloda dünya çempionu olsa, Azərbaycanda dünya və Avropa çempionluğunu qazanmış dördüncü şəxs kimi güləş tarixinə düşəcək: "Hər zaman deyirəm ki, gümüş və bürünc medallar mənim üçündür. Qızıl medal isə tarixdə qalır. Bu dəfə tarixə düşmək istəyirəm. Bilirəm ki, əsas rəqiblərim olan isveçli Aleks Kessidis və rusiyalı Adlan Akiyev dünya çempionatına yaxşı hazırlaşırlar. Buna görə də Tokiodan qayıtdıqdan 10 gün sonra məşqlərə başladım. Amma indi mənim əlavə motivasiyam var. Bu, olimpiya medalıdır".

Qeyd edək ki, dünya çempionatı 2 - 10 oktyabrda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi