Rafael Nadal Tokio-2020-də iştirak etməyəcək
Fərdi
- 17 iyun, 2021
- 12:05
İspaniyalı məşhur tennisçi Rafael Nadal Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
"Report" xəbər verir ki, 35 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabından məlumat paylaşıb.
O bildirib ki, olimpiada ilə yanaşı, bu il "Uimbldon" turnirinə də qatılmayacaq: "Bu qərarı vermək çətindir. Amma öz orqanizmimi dinlədim və komanda ilə hər şeyi müzakirə etdim. Bunun doğru qərar olacağını anladım. Karyeramı uzatmaq və məni bu qədər sevindirən işi davam etdirmək istəyirəm. Ən yüksək səviyyədə çıxış etmək və büyük turnirlərdə hədəflərə çatmaq niyyətindəyəm".
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
Son xəbərlər
14:24
Foto
Əli İskəndərli Avropa çempionatında bürünc medal qazanaraq Azərbaycan idman tarixində ilkə imza atıb
Fərdi14:22
Ramin Məmmədov tələbələrlə görüşüb
Din14:15
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında ilk qələbəsini qazanıb
Futbol14:15
Foto
İƏT-ə üzv dövlətlər Düşənbə Bəyannaməsini qəbul edib
Biznes14:04
Fərhad Qaraşov: "Bu il nar istehsalı 5-7 % arta bilər"
ASK14:02
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə14:02
Azərbaycanın paracüdo üzrə milli komandası dünya çempionatında mübarizə aparacaq
Fərdi14:00
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci sıralama turu başlayıb
Formula 113:51