Rafael Nadal koronavirusa yoluxub

Rafael Nadal koronavirusa yoluxub İspaniyalı məşhur tennisçi Rafael Nadal koronavirusa yoluxub
Fərdi
20 Dekabr , 2021 15:16
Rafael Nadal koronavirusa yoluxub

İspaniyalı məşhur tennisçi Rafael Nadal koronavirusa yoluxub.

"Report" xəbər verir ki, 35 yaşlı idmançının analiz nəticəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki açıq çempionatdan ölkəsinə qayıtdıqdan sonra müsbət çıxıb.

Karantinə alınan təcrübəli tennisçinin 2022-ci il 17 - 30 yanvarda Melburn şəhərində start götürəcək "Australian Open"də iştirakı sual altına düşüb.

Qeyd edək ki, hazırda dünya sıralamasında 5-ci olan Rafael Nadal Böyük Dəbilqə seriyalı turnirlərin 20 dəfə qalibi olub.

Son xəbərlər

Orphus sistemi