Rafael Fiziyev: "Makqreqorla yox, Castin Geyci ilə döyüşmək istəyirəm"

Rafael Fiziyev: "Makqreqorla yox, Castin Geyci ilə döyüşmək istəyirəm" Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev növbəti dəfə ABŞ təmsilçisi Castin Geycini duelə çağırıb.
Fərdi
21 İyul , 2022 14:03
Rafael Fiziyev: Makqreqorla yox, Castin Geyci ilə döyüşmək istəyirəm
Rafael Fiziyev

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev növbəti dəfə ABŞ təmsilçisi Castin Geycini duelə çağırıb.

"Report"un məlumatına görə, 29 yaşlı idmançı "MMA Fighting"ə açıqlamasında Geyci ilə döyüşmək istədiyini xatırladıb.

Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla qarşılaşmaqda maraqlı olmadığını bildirib: "Hər kəs Makqreqora zəng edir və onunla dava etmək istəyir. Mən bunu başa düşmürəm, etmək istəmirəm. Yaxşı, get və bu şəxslə döyüş, mən Geyci ilə üz-üzə gəlmək istəyirəm".

Tanınmış idmançı hələlik ABŞ döyüşçüsünün ona cavab vermədiyini diqqətə çatdırıb: "Bəs Geyci özü haradadır? Niyə indiyədək mənə cavab vermədiyini başa düşmürəm. Maraqlıdır, niyə zəngimə cavab vermir? Onun da mənim kimi zədəsi var. Bundan sonra nə edəcəyimizi bilməli və hansımızın daha yaxşı olduğunu müəyyən etməliyik. Amma o, hələ də heç nə demir".

Fiziyev iyulun 9-da Las Veqasda yüngül çəkidə keçmiş çempion Rafael dus Anyusu məğlubiyyətə uğradıb. Bu uğur ona UFC reytinqində top-5-ə yüksəlməkdə yardımçı olub. İdmançı zədəsini tam sağaldaraq, ilin sonunadək yeni döyüş keçirəcəyinə ümid etdiyini söyləyib: "Görək, burnum necə olacaq. Keçən dəfə dizimdən əməliyyat olunandan 7 ay sonra döyüşə hazır idim. Tezliklə sağalacağam. Bilirsiniz, mən küçə iti kimiyəm: hansısa zədəm olduqda tez sağalırlar. Bu dəfə də elə olacağına ümidvaram".

Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib.

Son xəbərlər

Orphus sistemi