Rafael Fiziyev Bakıda idman azarkeşləri ilə görüşəcək

Rafael Fiziyev Bakıda idman azarkeşləri ilə görüşəcək Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev idman azarkeşləri ilə görüşəcək.
Fərdi
3 Avqust , 2022 00:04
Rafael Fiziyev Bakıda idman azarkeşləri ilə görüşəcək

Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev idman azarkeşləri ilə görüşəcək.

"Report"un məlumatına görə, tədbir avqustun 5-də "Dəniz Mall"da baş tutacaq. Görüşdə 29 yaşlı idmançının imza sessiyası keçiriləcək.

Bütün idman həvəskarları üçün giriş sərbəst olacaq.

Qeyd edək ki, "Ataman" ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas namizədlərdən biri olub. O, ötən ayın 9-da braziliyalı Rafael dos Anjosla döyüşə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb.

Son xəbərlər

Orphus sistemi