Rafael Bunyatov: "Füzuli Məmmədova inamımız böyükdür"

Rafael Bunyatov: "Füzuli Məmmədova inamımız böyükdür" Medalın üzərindəki müəyyən hissə qopub.
Fərdi
15 Yanvar , 2025 17:05
 Rafael Bunyatov: Füzuli Məmmədova inamımız böyükdür
Rafael Bunyatov

Baş məşqçi ilə bağlı bir neçə variantı nəzərdən keçirdik, hədəflərimizə ən uyğun gələn mütəxəssis kimi Füzuli Məmmədovu seçdik. Ona inamımız böyükdür.

Bunu "Report"a müsahibəsində "Mingəçevir" futbol klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayan ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov deyib.

Funksioner mütəxəssislə uzun müddət çalışacaqlarını bildirib:

"Onun keçdiyi məşq prosesindən, futbolçularla münasibətindən razıyıq. İnşallah, uzun müddət bizimlə bir yerdə olar. Füzuli müəllim kifayət qədər tanınmış mütəxəssisdir. Əcnəbi mütəxəssisə gəlincə, sualınıza indiki halda belə cavab verə bilərəm ki, komandanın texniki heyətində nə zamansa əcnəbi məşqçilərin olması mümkündür. Amma həmin əcnəbi məşqçi Füzuli Məmmədovun və ya hər hansı başqa azərbaycanlı məşqçinin köməkçisi qismində texniki heyətdə yer ala bilər".

Rafael Bunyatovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi