Rafael Ağayevə yeni vəzifə və rütbə verilib
Fərdi
- 10 fevral, 2022
- 12:30
Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib.
"Report"un əldə etdiyi məlumata görə, 37 yaşlı idmançı "Azerterminalkompleks" Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib.
Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.
Qurumun Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.
Qeyd edək ki, Rafael Ağayev 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Son xəbərlər
05:38
Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən 37 nəfər həbsxanada ölüb
Digər ölkələr05:17
FT: London Aİ-ni Britaniyanı "Avropada istehsal olunub" proqramına daxil etməyə çağıracaq
Digər ölkələr04:46
KXDR rəsmisi: ABŞ və müttəfiqlərinin hərbi təlimləri regionda sabitliyi pozur
Digər ölkələr04:29
"NBC News": ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr04:07
ÜST: Konqoda Ebola epidemiyası yayılmaqda davam edir
Digər ölkələr03:38
ABŞ və Litva nadir yeraltı metallar üzrə saziş imzalayıblar
Digər ölkələr03:17
ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib
Digər ölkələr02:58
ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib
Digər ölkələr02:45