Yuxarı

Koreya səfiri Qubada taekvondoçuları mükafatlandıracaq

Yarış oktyabrın 1-də start götürəcək

Bakı. 20 sentyabr. REPORT.AZ/ Quba Olimpiya İdman Kompleksində oktyabrın 1-də taekvondo üzrə "Koreya Səfiri" Kubokuna start veriləcək. 

Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, iki gün davam edəcək turnirə Azərbaycanın yeniyetmə taekvondoçuları qatılacaq. 

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çan Qyu da yarışı izləyənlər arasında olacaq. Tədbirin açılış və bağlanış mərasimləri oktyabrın 2-də nəzərdə tutulub.

Qaliblərə mükafatı səfirin özü təqdim edəcək.

Qeyd edək ki, Koreya taekvondonun vətəni kimi tanınır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi