Qran-pri: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayacaq

Qran-pri: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayacaq Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) tatamiyə çıxacaq
Fərdi
28 Yanvar , 2024 09:45
Qran-pri: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaq.

90 kq

Elcan Hacıyev - Adam Borçaşvilli (Avstriya)

Vüqar Talıbov - Ali Hazem (Misir)

+100 kq

Uşanqi Kokauri - Munir Ertuq (Türkiyə)

Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi