Bu gün Azərbaycanın daha iki cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə mübarizəyə qoşulacaq.
"Report" xəbər verir ki, Aytac Qardaşxanlı (63 kq) və Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaqlar.
Ötən gün Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, martın 10-da Camal Qamzatxanov (+100 kq) qüvvəsini sınayacaq. Turnirdə 82 ölkədən 568 idmançı iştirak edir.