Yuxarı
    Bağlamaq

    Qızıl Qran Pridə Azərbaycanın 3 məşhur güləşçisi mübarizə aparmayacaq - HEYƏT

    Bakıda keçiriləcək nüfuzlu turnirdə təşkilatçı ölkəni 58 pəhləvan təmsil edəcək

    Bakı. 26 noyabr. REPORT. AZ/ Noyabrın 27-də Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq Qızıl Qran Pri turnirinin final mərhələsinə start veriləcək. "Report"un məlumatına görə, 3 gün davam edəcək nüfuzlu turnirdə 41 ölkədən 450-dək aparıcı pəhləvan mübarizə aparacaq.

    Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər çıxış edəcəklər. Ertəsi gün qadın, noyabrın 29-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

    Sərbəst güləşçilərin yarışında Azərbaycanı 21 güləşçi - Mahir Əmiraslanov, Yaşar Əliyev, Ruslan Qasımov, Pərviz İbrahimov (hamısı 57 kq), Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev (hamısı 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov, Ağahüseyn Mustafayev (hamısı 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev, Murad Süleymanov, Məhəmmədhacı Muxutov (hamısı 74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Şərif Şərifov, Aslanbek Alborov (hər ikisi 97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

    Qadın güləşçilərin mübarizəsində 13 pəhləvan - Şəfəq Muradzadə (48 kq), Anjela Doroqan, Solmaz Həşimzadə (hər ikisi 53 kq), Nataliya Sinişin, Alyona Kolesnik, Almaz İsmayılova (hamısı 55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq), Raqnetta Qurbanzadə, Elmira Qəmbərova (hər ikisi 63 kq), Elis Manolova, Gözəl Zutova (hər ikisi 69 kq) və Səbirə Əliyeva (75 kq) qüvvələrini sınayacaq.

    Turnirin son günündə isə Azərbaycanın yunan-Roma güləşi üzrə 24 pəhləvanı xalça üzərinə çıxacaq. Heyətdə Taleh Məmmədov, Elman Muxtarov, Murad Məmmədov, Eldəniz Əzizli (hamısı 59 kq), Həsən Əliyev, Kamran Məmmədov, Azad Əliyev, Ruhin Mikayılov (hamısı 66 kq), Rüstəm Əliyev, İlkin Əsgərov (hər ikisi 71 kq), Elvin Mürsəliyev, Əmrah Mazanov, Şəmistan Quluzadə (hamısı 75 kq), Rafiq Hüseynov, Emin Əhmədov (hər ikisi 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Tural Daşdəmirov, Şəhriyar Məmmədov (hamısı 85 kq), Saman Təhmasibi, Orxan Nuriyev, Şalva Qadabadze (hamısı 98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) yer alacaq.

    Məşqçilər heyəti "Bakı 2015" I Avropa Oyunlarının qaliblərindən sərbəst güləşçi Xetaq Qazyumov (97 kq), yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kq) və qadın güləşçi Mariya Stadnikə (48 kq) istirahət verməyi qərara alıb.

    İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 27-də saat 17:00-da baş tutacaq. Sayca 8-ci dəfə keçiriləcək yarış “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.

    Qeyd edək ki, Dünya Güləş Birliyi nümayəndələri, rəsmi qonaqlar və turnir iştirakçıları noyabrın 27-də saat 13:00-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi