Pekin olimpiadasının məşəli alovlandırılıb

Pekin olimpiadasının məşəli alovlandırılıb Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Fərdi
4 Fevral , 2022 18:19
Pekin olimpiadasının məşəli alovlandırılıb

Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. 

"Report"un məlumatına görə, Pekin Milli Stadionundakı tədbir yalnız yerli azarkeşlərin iştirakı ilə gerçəkləşib. 

İlk olaraq Çin bayrağı meydanın mərkəzinə gətirilib və lazer şousu nümayiş etdirilib. Daha sonra ölkələrin paradı start götürüb. Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, Türkiyə ikinci, Malta isə üçüncü keçib. Azərbaycan paradda iştirak edən 42-ci ölkə olub. 

Paradın ardından nəhəng virtual qar dənəciyi arenanın ətrafında qələbə dövrəsi vurub və yerin kosmosdan görünüşü əks olunub. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın çin dilində müraciəti tribunadakı azarkeşlərin alqışı ilə qarşılanıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin olimpiadanı açıq elan edib. 

Rəsmi şəxslərin çıxışından sonra atəşfəşanlıq başlayıb. Müxtəlif kompazisiyaların ardından olimpiya bayrağı arenanın mərkəzinə gətirilib. Olimpiya himni səsləndirilib və meydanın mərkəzinə dəvət olunan idmançı, hakim və məşqçi and içiblər. Son olaraq xizəkçilər Dinigir Yilamutszyan və Çjao Tszyaven olimpiya məşəlini alovlandırıblar. 

Qeyd edək ki, Pekin olimpiadanın rəsmən açıq elan olunması ilə birlikdə Yay (2008) və Qış Olimpiya Oyunlarına ev sahibliyi etmiş şəhər kimi tarixə düşüb. Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayır. Yarışda 15 idman növü üzrə 109 dəst medal sahibini tapacaq. "Tonq Ksin" ("Hamı bir nəfər kimi birlikdə") adlanan medalların bir üzündə Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və Pekin-2022-nin loqosu, digər tərəfində isə Olimpiya halqalarının təsviri əks olunub.

Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar.

Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

16:00

Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

"Report"un məlumatına görə, Pekin Milli Stadionundakı tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

Mərasimə şef de-mission Anar Bağırovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb. Paradda Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyacaq. Azərbaycan heyəti paraddan 42-ci keçəcək.

Pekin olimpiadanın rəsmən açıq elan olunması ilə birlikdə Yay (2008) və Qış Olimpiya Oyunlarına ev sahibliyi etmiş şəhər kimi tarixə düşüb

Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayır. Yarışda 15 idman növü üzrə 109 dəst medal sahibini tapacaq. "Tonq Ksin" ("Hamı bir nəfər kimi birlikdə") adlanan medalların bir üzündə Çin harmoniya fəlsəfəsini təcəssüm etdirən beş halqa və Pekin-2022-nin loqosu, digər tərəfində isə Olimpiya halqalarının təsviri əks olunub.

Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar.

Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi