Qəbələdə MDB ölkələri Bədən tərbiyəsi və idman Şurasının növbəti iclası keçirilir

Qəbələdə MDB ölkələri Bədən tərbiyəsi və idman Şurasının növbəti iclası keçirilir Toplantıda MDB-yə üzv ölkələrin milli idman növləri Festivalına hazırlıq işləri müzakirə olunacaq
Fərdi
9 İyun , 2016 17:07
Qəbələdə MDB ölkələri Bədən tərbiyəsi və idman Şurasının növbəti iclası keçirilir

Qəbələ. 9 iyun. REPORT.AZ/ Qəbələ şəhərində MDB iştirakçısı olan dövlətlərin Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş iştirakçılarının bədən tərbiyə və idman üzrə Şurasının növbəti iclası kecirilir. 

"Report"un Şirvan bürosu xəbər verir ki, iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistanın bədən tərbiyəsi və idman nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak edirlər. 

MDB-nin yaranmasının 25 illiyi münasibəti ilə keçirilən toplantıda quruma üzv olan ölkələrdə bədən tərbiyəsi və idman sahəsində ümumi siyasətin işlənilməsi, tədbirlər planının hazırlanması, 2020-ci ilə qədər olan dövr ərzində bədən tərbiyəsi və idman üzrə Milli Strategiyanın həyata keçirilməsi, eyni zamanda, 2018 - 2020-ci illər üçün tədbirlər Planı layihəsinin hazırlanması məsələləri müzakirə edilir. 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov giriş nitqində qonaqlara Azərbaycanda idmanın bu günü, onun inkişafı yolunda görülmüş işlərə dair dövlət dəstəyi, ölkə idmançılarının beynəlxalq arenalardakı uğurları barədə məlumat verib. Nazir iclasda MDB ölkələrinin birgə maraq dairəsində olan məsələlərin müzakirə edildiyini və beynəlxalq yarışlarda idmançıların üzləşdikləri müxtəlif problemlərin aradan qaldırılması mövzusunun diqqətdə saxlanıldığnı qeyd edib. 

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Rusiya idman nazirinin müavini Pavel Kolobkov, Qazaxıstan İdman və Mədəniyyət Komitəsinin sədri Elsiyar Kanaqatov, Qırğızıstan Hökuməti yanında İdman və Bədən Tərbiyəsi üzrə Dövlət Agentliyinin baş mütəxəssisi Çolponbek Samudinov, MDB-nin İcraiyyə Komitəsinin mədəniyyət, idman və turizm departamentləri, hümanitar mübadilələr və sosial problemlər şöbəsinin məsləhətçisi Natalya Timçuk, Belarus, Türkmənistan və Tacikistanın Azərbaycandakı səfirliklərinin nümayəndələri çıxış edərək təmsil etdikləri ölkələrdə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində görülən işlər, əldə edilən uğurlar barədə məlumat veriblər, birgə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıblar.

İki gün davam edəcək iclasda MDB-nin 25 illik yubileyi münasibətilə tədbirlər planı hazırlanacaq. Toplantıda 2017-ci ildə Rusiyanın Ulyanovsk vilayətində MDB-yə üzv ölkələrin milli idman növləri Festivalına hazırlığın müzakirəsi də nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi