Qəbələdə atıcılıq növləri üzrə II-ci ənənəvi Beynəlxalq Qran-Pri keçirilir - FOTO

Qəbələdə atıcılıq növləri üzrə II-ci ənənəvi Beynəlxalq Qran-Pri keçirilir - FOTO Yarışlar Azərbaycan Atıcılıq Federasiyası və "Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə keçirilir
Fərdi
16 May , 2015 20:19
Qəbələdə atıcılıq növləri üzrə II-ci ənənəvi Beynəlxalq Qran-Pri keçirilir - FOTO

Bakı. 16 May. REPORT.AZ/ Qəbələdə Ümummili lider Heydər Əliyevin adına Olimpiya atıcılıq növləri üzrə II-ci ənənəvi Beynəlxalq Qran-Pri yarışları başlayıb.

"Report" xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycan Atıcılıq Federasiyası və "Qəbələ" İdman Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Yarışlarının rəsmi açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılıq üzrə beynəlxalq yarışın əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatlarından sonra ən mühüm yarışlar sırasına daxildir və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ikinci beynəlxalq turnirdir.

Mayın 24-ə qədər davam edəcək yarışlarda İngiltərə, İtaliya, İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Rusiya, Gürcüstan, Finlandiya, Türkiyə, Kipr, ABŞ, Macarıstan, Ukrayna, Böyük Britaniya, Belarus, Avstraliya yığma komandalarının nümayəndələri iştirak edirlər.

Olimpiya çempionu Zemfira Meftahəddinova, Azərbaycan Atıcılıq Federasiyasının İcrayyə komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri və dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti və dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, Paşa Əhədpur, Xanhüseyn Bağırov, Elçin Babayev , Alina Rafiqxanova, Niyaz Ağazadə, Əlimirzə Quliyev, Əli Hüseynli kimi atıcılıq idmanının tanınmış simaları bu yarışda ölkəmizi təmsil edəcəklər .

Yarışın ümumi mükafat fondu 96 500 ABŞ dollarıdır.

Son xəbərlər

Orphus sistemi