Yuxarı

Qaradağın icra başçısı AİBA-da daha bir vəzifəyə təyin olunub

Süleyman Mikayılov bundan sonra ali boks qurumunda büro üzvü kimi də fəaliyyət göstərəcək

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılova Beynəlxalq Həvəskar Boks Assosiasiyasında (AİBA) daha bir vəzifə verilib. ABF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, S.Mikayılov bundan sonra təkcə İcraiyyə Komitəsinin üzvü kimi yox, büro üzvü kimi də fəaliyyət göstərəcək. 

Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda 4 nəfər təmsil olunur. Bunlar Avropa Boks Federasiyasının prezidenti Franko Falçinelli, AİBA-nın vitse-prezidenti Kelani Bayor, AİBA İcraiyyə Komitəsinin üzvü Pet Flakko və Süleyman Mikayılovdur. Büro üzvləri 4 il müddətinə seçiliblər. Büro dünya boksunda ən vacib məsələləri müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarır. 

Bununla bağlı, AİBA prezidenti Çinq Kuo-Vunun ABF-nin vitse-prezidentinə göndərdiyi məktubda deyilir: “Boksun inkişafında göstərdiyiniz xidmətə görə, sizin bu qurumda fəaliyyət göstərməyiniz məqbul sayıldı. Əminəm ki, işinizin öhdəsindən uğurla gələrək, bu idman növünün tərəqqisi üçün əlinizdən gələni edəcəksiniz”.

Qeyd edək ki, Süleyman Mikayılov həm də Bakının Qaradağ rayonunun icra başçısıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi