Qadın güləşçilərimiz təsnifat turnirini bir medalla başa vurdular

Qadın güləşçilərimiz təsnifat turnirini bir medalla başa vurdular Azərbaycanın qadın güləşçisi Tatyana Omelçenko Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində bürünc medal qazanıb
Fərdi
20 Mart , 2021 19:54
Qadın güləşçilərimiz təsnifat turnirini bir medalla başa vurdular

Azərbaycanın qadın güləşçisi Tatyana Omelçenko Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 62 kq-dakı idmançı medal uğrunda görüşdə Türkiyə təmsilçisi Elif Yeşilırmaka qalib gəlib.

Leyla Qurbanova (53 kq) və Elis Manolova (68 kq) isə müvafiq olaraq Moldova təmsilçiləri Yuliya Leorda və İrina Ringaciyə uduzaraq, "bürünc" şansını əldən veriblər.

Qeyd edək ki, Azərbaycanı turnirdə təmsil edən 5 qadın güləşçidən heç biri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi