Qadın cüdoçularımız nüfuzlu yarışlara Albaniyada hazırlaşır

Qadın cüdoçularımız nüfuzlu yarışlara Albaniyada hazırlaşır Qadın cüdoçulardan ibarət Azərbaycan millisi qarşıdakı beynəlxalq yarışlara Albaniyada hazırlaşır
Fərdi
16 Mart , 2021 02:24
Qadın cüdoçularımız nüfuzlu yarışlara Albaniyada hazırlaşır

Qadın cüdoçulardan ibarət Azərbaycan millisi qarşıdakı beynəlxalq yarışlara Albaniyada hazırlaşır.

"Report"un məlumatına görə, Golem şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 5 cüdoçu iştirak edir.

İrina Kindzerska və Gültac Məmmədəliyeva zədələrini müalicə etdiklərinə görə Albaniyadakı hazırlıq prosesinə qatılmayıblar.

Golemdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, İtaliya, Almaniya, İspaniya, Braziliya, Albaniya, Kosovo, Macarıstan, Polşa, Hollandiya, Türkiyə, Sloveniya, İsveçrə və digər ölkələrin yığmaları da qatılıb.

Qeyd edək ki, cüdoçular mart və apreldə Gürcüstanın paytaxtı Tbilisidə və Türkiyənin Antalya şəhərində təşkil olunacaq Böyük Dəbilqə yarışında, eləcə də Portuqaliyada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi