Pxençxandakı media kəndində koreyalı jurnalist ölü tapılıb

Pxençxandakı media kəndində koreyalı jurnalist ölü tapılıb Media kəndindəki otaq yoldaşı onu yuxudan oyatmaq istəyib, lakin məlum olub ki, o ölüb
Fərdi
17 Fevral , 2018 07:59
Pxençxandakı media kəndində koreyalı jurnalist ölü tapılıb

Bakı. 17 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 2018-ci il Qış Olimpiya Oyunlarının media kəndində KİV nümayəndələri Yaponiyanın yayım otaqlarından birində tərcüməçi kimi işləyən yerli jurnalisti ölmüş vəziyyətdə tapıblar.

“Report” xəbər verir ki, bu barədə Oyunların Təşkilat Komitəsinin nümayəndəsi Son Pek Yu məlumat yayıb.

"Bu, Yaponiyadan olan həmkarlarına köməklik göstərən koreyalı idi. Media kəndindəki otaq yoldaşı onu yuxudan oyatmaq istəyib, lakin məlum olub ki, o ölüb. Jurnalistin 55 yaşı var idi", - deyə nümayəndə bildirib.

Polis kişinin ölüm səbəblərinin araşdırılması məqsədi ilə araşdırmalara başlayıb.

Ölənin tənışlarının sözlərinə görə, ölümündən bir müddət əvvəl o, ürək ağrılarından şikayətlənib.

Son xəbərlər

Orphus sistemi