Pxençxan Qış Paralimpiya Oyunlarının büdcəsi açıqlanıb

Pxençxan Qış Paralimpiya Oyunlarının büdcəsi açıqlanıb Vəsaitin böyük hissəsini Cənubi Koreya hökuməti ayırıb
Fərdi
23 Fevral , 2018 09:21
Pxençxan Qış Paralimpiya Oyunlarının büdcəsi açıqlanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Paralimpiya Oyunlarının büdcəsi müəyyənləşib. 

"Report"un məlumatına görə, bu barədə Təşkilat Komitəsinin rəsmisi Nensi Pak açıqlama verib. O, ümumi büdcənin 12,5 milyard dollar təşkil edəcəyini bildirib. Vəsaitin böyük hissəsini - 10,1 milyard dolları Cənubi Koreya hökuməti infrastrukturun yaradılmasına ayırıb. Bura 2,4 milyard dollar məbləğində əməliyyat xərcləri də əlavə olunub. 

Qeyd edək ki, Pxençxan Qış Paralimpiya Oyunları 9 - 18 martda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi