Pxençxan-2018: Qızıl medal qazanan ölkələrin sayı 22-yə çatıb

Pxençxan-2018: Qızıl medal qazanan ölkələrin sayı 22-yə çatıb Bakı. 24 fevral. REPORT.AZ/ Finlandiyalı İyvo Niskanen Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında 50 km məsafəyə klassik növ üzrə xizəksürmədə birinci yeri tutub.
Fərdi
24 Fevral , 2018 17:42
Pxençxan-2018: Qızıl medal qazanan ölkələrin sayı 22-yə çatıb

Bakı. 24 fevral. REPORT.AZ/ Finlandiyalı İyvo Niskanen Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında 50 km məsafəyə klassik növ üzrə xizəksürmədə birinci yeri tutub.

“Report” xəbər verir ki, bununla da oyunlarda qızıl medal qazanan ölkələrin sayı 22-yə çatıb.

Gümüş və bürünc medalları isə Rusiya idmançıları – Aleksandr Bolşunovla Andrey Larkov əldə ediblər.

Qeyd edək ki, Norveç 38 medalla birinci pillədədir. İkinci sıradakı Almaniya ilə üçüncü yerdə qərarlaşan Kanadanın isə 28 medalı var.

Son xəbərlər

Orphus sistemi